Erməni katalikosu II Qaregin aprelin 26-da Azərbaycana gələcək
Bütün ermənilərin katalikosu II Qaregin dünyanın dini liderlərinin ikinci sammitində iştirak etmək üçün aprelin 26-da Azərbaycana gələcək. APA-nın “Novosti-Armenia”ya istinadən yaydığı məlumata görə, bu barədə Eçmiədzin kilsənin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, səfər Moskva və Bütün Rusiyanın patriarxı Kirill və Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin dəvəti ilə gerçəkləşəcək. Səfər zamanı Moskva və Bütün Rusiyanın patriarxı, Ümumgürcüstan katalikos-patriarxı, Bütün Ermənilərin katalikosu və Qafqaz Müsəlmanları İdarəsinin sədrinin iştirakı ilə dörd tərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Qaregini Azərbaycana səfərdə Eçmiədzin kilsəsinin kilsələrarası münasibətlər üzrə nümayəndəsi, arxiyepiskop Eznik Petrosyan, kilsələrarası münasibətlər dəftərxanasının rəhbəri, dyakon Vaqram Melikyan müşayiət edəcək. Bakıda keçiriləcək sammitdə ABŞ Kilsələr Milli Şurasının sədri də iştirak edəcək. 26-27 apreldə keçiriləcək sammitə dünyanın 40 ölkəsindən 300-ə yaxın yüksək vəzifəli nümayəndə qatılacaq.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, II Qareginin Azərbaycana gələcəyi barədə hələlik onlara məlumat daxil olmayıb: “Danışıqları Rusiya tərəfi apardığı üçün ola bilər ki, bununla bağlı onları məlumatlandırıblar. Amma səfərin baş tutacağı barədə bizdə konkret heç bir məlumat yoxdur”.

364