Ermənilər Güney Azərbaycanda tarixi abidə axtarışında
22 aprel 2010 14:45 (UTC +04:00)

Ermənilər Güney Azərbaycanda tarixi abidə axtarışında

İndi işğal növbəsi o tayındır?
Tehran hakimiyyəti ermənilərin 1918-ci ilin martında Güney Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırımının üstündən sükutla keçir, onu xatırlamaq belə istəmir. Həmin illərdə Güney Azərbaycanın çeşidli bölgələrində 100 mindən çox türk qətlə yetirilib. Bunu ona görə xatırladıq ki, havadarlarının yardımı ilə ermənilər göz dikdikləri türk torpaqlarında soyqırım törədiblər.
İslam Respublikasının rəhbərliyi bu etnik azlığın nazı ilə oynamaqdadır. Bir sıra tarixi mədəniyyət abidələri erməniləşdirilir və bu adla sənədləşdirilir. İllər ötəndən sonra bu saxta sənədlərlə indi İran adlanan dövlətin ərazisinə də iddia ediləcəyi istisna edilmir. Bunu son illər baş verənlər təsdiqləməkdədir.
Lent.az-ın “newsarmenia”-ya istinadən xəbərinə görə, erməni arxitekturasını araşdırma ictimai təşkilatı bu ilin yayında “İrandakı ermənilərin tarixi abidələrinin araşdırılmasına başlayacaq”.
Təşkilatın Yerevandakı şöbəsinin başçısı Samvel Karapetyan bu haqda deyib: “2010-cu il üçün nəzərdə tutulmuş ən iri layihə məhz ermənilərin İrandakı tarixi abidələrinin araşdırılmasıdır”.
Xəbərdəki bu hissəni olduğu kimi diqqətinizə çatdırırıq: “Bu irimiqyaslı proqram Ermənistanın tarixi torpaqlarındakı, o cümlədən Qaradağ, Xoy, Salmast (əslində Salmasdır-S.S.) eləcə də İrandakı başqa ərazilərdə erməni abidələrini araşdıracaq”.
Göründüyü kimi, Azərbaycan torpaqları artıq “Ermənistanın tarixi ərazisi kimi təqdim edilir”.
S.Karapetyan qeyd edib ki, layihə Tehrandakı “Vaçe Ovsepyan” dövlət muzeyi əməkdaşlarının birgə iştirakı ilə gerçəkləşdiriləcək. Onun sözlərinə görə, əvvəllər təşkilat özünü maliyyələşdirmə hesabına bu sayaq layihələr edirdisə, bu dəfə proqram Ermənistanın dövlət büdcəsi hesabına həyata keçiriləcək.
Karapetyan belə layihələrin ötən il Gürcüstan və “Dağlıq Qarabağın azad olunmuş ərazisi”ndə gerçəkləşdirdiklərini söyləyib: “Hazırda biz Dağlıq Qarabağ hakimiyyəti (!?-S.S.) ilə birlikdə Artsaxın (!?-S.S.) azad edilmiş yerlərindəki kənd qəbiristanlığını öyrənməklə məşğuluq. Qəbiristanlıqlar yerli sakinlərin bir növ pasportudur”.
Bu, bir erməni təşkilatının şöbə başçısının dediklərindən örnəklərdir. Bu sayaq uydurmalara öyrənmişik. Elə torpaqlarımızı da bu sayaq uydurmaları dəstəkləyənlərin sayəsində itirmişik. İndi də növbə İrandakı torpaqlarımızındır…
Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 353

Oxşar yazılar