Zakir Qaralovun baş prokurorluğa namizədliyi parlamentə tövsiyə olundu
Lent.az-ın məlumatına görə, iclasda Konstitusiyanın 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında məsələyə baxılıb.
Komitə sədri Əli Hüseynov bildirib ki, Azərbaycan Respublikası prezidenti tərəfindən baş prokuror vəzifəsinə Qaralov Zakir Bəkir oğlunun namizədliyi üçüncü dəfə irəli sürülüb. Komitə üzvləri təklifi dəstəklədiklərini bildiriblər. İclasda Zakir Qaralovun baş prokuror vəzifəsinə namizədliyi Milli Məclisə tövsiyə edilib.
Qeyd edək ki, Zakir Qaralov 2000-ci ilin aprel ayından Azərbaycan Respublikasının baş prokurorudur. O, 1956-cı ildə Gürcüstan Respublikasının Dumanisi rayonunda anadan olub.
Pərvin

755