Milli QHT Forumu Mehmet Ali Birandın məqaləsini pislədi
“ABŞ-da və Avropada “soyqırım” məsələsində parlamentlər qərar verən zaman Türkiyə qədər etiraz edən dövlətlərdən ən birincisi Azərbaycan olub”
Milli QHT Forumu “Kanal D” telekanalının Xəbərlər Redaksiyasının rəhbəri, “Hürriyyət” qəzetinin köşə yazarı Mehmet Ali Birandın aprelin 15-də bu qəzetin səhifələrində çap etdirdiyi “Türkiyə çırpınır, Azərilərin isə heç vecinə də deyil” başlıqlı məqaləsi ilə əlaqədar bəyanat yayıb.
Forumdan Lent.az-a verilən məlumata görə, bəyanatda qeyd olunur ki,
müstəqillik qazandıqdan sonra yeni mərhələyə adlayan Azərbaycan-Türkiyə münasibətləri illər keçdikcə daha da güclənir, hər iki dövlətin həm siyasi, hm ictimai, həm də iqtisadi yaxınlaşması üçün ciddi addımlar atılır. Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının reallıqda təcəssümünü görmək üçün son illərin xronologiyasına diqqət kəsilmək yetərlidir.
Lakin zaman-zaman bu birliyi pozmaq üçün müxtəlif təxribat xarakterli addımlar da atılır. Xarici qüvvələr tərəfindən körüklənən bu prosesə bilərəkdən, yaxud bilməyərəkdən qoşulanlar da olur. Bəyanatda vurğulanır ki, belə şəxslərdən biri Mehmet Ali Biranddır və “Türkiyə çırpınır, Azərilərin isə heç vecinə də deyil” başlıqlı məqaləsi Azərbaycanda böyük narazılıq doğurub. Məqalədə reallıqların təhrif olunduğu çoxsaylı faktlar qeyd olunub: “Halbuki, Azərbaycan ictimaiyyəti, siyasiləri Türkiyənin baş naziri cənab Rəcəb Teyyub Ərdoğanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşması zamanı Qarabağ problemini əsas fakt kimi götürməsi düzgün siyasət sayır. Çünki Türkiyənin Azərbaycan, Azərbaycanın Türkiyə ilə bağlı məqamlarda güzəştə getməməsini hər iki ölkənin milli maraqları tələb edir. Türkiyə Qarabağ məsələsində də, “soyqırım” məsələsində də, sərhədlərlə bağlı məsələdə də güzəştə getsə Ermənistanın və onun havadarları olan ABŞ-ın, Avropa Birliyinin, Rusiyanın istəkləri bitməyəcək. Yeni-yeni tələblər ortaya çıxacaq. Bunu tarix dəfələrlə bizə sübut edib”.
Bəyanatda qeyd olunur ki, Azərbaycan-Türkiyə birliyini pozmaq üçün təxribar xarakterli materialların gündəmə gətirilməsini heç bir halda müsbət qarşılamaq mümkün deyil. ABŞ-da və Avropada “soyqırım” məsələsində parlamentlər qərar verən zaman Türkiyə qədər etiraz edən dövlətlərdən ən birincisi Azərbaycan olub: “Əgər Mehmet Ali Birand bunlardan özü yazdığı kimi məlumatsızdırsa, həmin tarixdə çap olunmuş Azərbaycan qəzetlərinin internet saytlarına baxa bilər. Azərbaycanın qeyri-hökumət təşkilatlarının təmsilçiləri olaraq cənab Mehmet Ali Birandın məqaləsini pisləyir, belə yazılarla Azərbaycan-Türkiyə birliyinə zərbə vurmağın mümkün olmayacağını bəyan edirik”.

559