Azərbaycan siyasətçiləri ABŞ-ın Ermənistana dəstək verməsini pisləyirlər – SORĞU
“Minsk qrupunun həmsədri kimi bizim ABŞ-dan gözləntilərimiz var. Əgər ABŞ bizi strateji müttəfiq hesab edirsə, Dağlıq Qarabağ məsələsində onu ədalətli olmağa çağırırıq”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov ABŞ-ın Dağlıq Qarabağ məsələsində tutduğu mövqeyə münasibət bildirərkən deyib.
Z. Əsgərov bildirib ki, bu gün Ermənistan hətta əvvəllər razı olduğu məsələlərdən geri çəkilir: “Bu o deməkdir ki, artıq ABŞ və Minsk qrupunun digər həmsədri olan ölkələrin Ermənistanı bilavasitə dəstəkləməsi belə vəziyyət yaradıb. Ermənistan siyasi cığallıqla məşğuldur. Bu vəziyyət bizi qane etmir. Bir daha Minsk qrupunun həmsədrlərindən tələb edirik ki, bu sahədə ədalətli olsunlar, bu məsələyə obyektiv qiymət versinlər və bununla bağlı Türkiyəyə təzyiq göstərməkdən əl çəksinlər. Ərdoğan bəyanat verərək bildirdi ki, 1993-cü ildə sərhədlər ona görə bağlanıb ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Türkiyəyə sərhədlərin açılması üçün təzyiq edirlər, Ermənistan isə orada cinayətkar əməllərini davam etdirə bilər. Bu nə deməkdir? Təəssüf edirəm ki, ABŞ, Fransa və Rusiya tərəfindən hələ ki ədalətli mövqe sərgilənmir. Biz müstəqil siyasət aparırıq. Azərbaycan o dövlətlərlə əməkdaşlıq edəcək ki, o dövlətlər Azərbaycanın milli maraqlarına zidd addımlar atmasın. Əgər bizim milli mənafeyə zidd siyasət aparılsa, kimsə bizə göstəriş verməyə çalışsa, əlbəttə biz ona sərt reaksiyamızı bildirəcəyik”.
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, millət vəkili Əli Əhmədov isə son dövrlər Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı bir sıra təşəbbüslərin olduğunu və bununla bərabər sərhədlərin açılması məsələsinin də gündəmə gətirildiyini qeyd edib: “Buna da ABŞ və bir sıra qərb dövlətləri dəstək verir. Prinsip etibarı ilə iki dövlət arasında sərhədlərin açılması iki ölkə arasında münasibətlərdən asılıdır. Amma bütün bunlara baxmayaraq, Qərb dövlətləri və xüsusilə ABŞ sərhədlərin açılması məqsədi ilə Türkiyəyə ciddi təsir göstərir. ABŞ Minsk qrupunun həmsədrindən biri olmasına baxmayaraq, sərhədlərinin açılmasının Dağlıq Qarabağ problemi ilə əlaqələndirilməsinə əks mövqe nümayiş etdirir. Bununla da ABŞ çox ciddi iki mühüm səhvə, haqsızlıq və ədalətsizliyə yol verir. Birinci, iki dövlət arasındakı münasibətlərə müdaxilə edir, bir tərəfə ciddi təzyiqlər göstərir, bu beynəlxalq hüquq normaları baxımından doğru deyil. İkincisi isə ABŞ Minsk qrupunun həmsədrlərindən biri kimi öz üzərinə götürdüyü missiyanın yerinə yetirilməsinə kömək edə biləcək missiyanı yerinə yetirmir. Yəni Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasının Dağlıq Qarabağ münaqişəsinin həlli şərti daxilində baş tutmasından faydalanmaq niyyətində olmadığını ortaya qoyur. Bununla da münaqişənin həllinə kömək etmək niyyətinin olmadığını göstərir. Əgər belə niyyəti olsa idi, onda ilk olaraq Ermənistan tərəfə təzyiqlər göstərməli idi. Bunları nəzərə alaraq ABŞ-ın tutduğu mövqe ədalətsizliyi, beynəlxalq hüquq normalarına sığmaması ilə, ikili standartlara nümunə olması ilə hər bir vətəndaşda etiraz doğurur. Bu da bütövlükdə Minsk Qrupunun vasitəçilik missiyasının üzərinə kölgə salır”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynov isə Azərbaycan - ABŞ münasibətlərinin tarixi az olsa da, əhəmiyyətinin çox böyük olduğunu bildirib: “Bu münasibətlər siyasi, iqtisadi köklərə söykənərək strateji xarakter daşıyır. Təəssüf ki, ABŞ-ın yeni Administrasiyası dövründə bu münasibətlərə xələl gətirən siyasət həyata keçirilir. Bu siyasəti formalaşdıran insanlar Azərbaycanın regionda tutduğu iqtisadi və geopolitik mövqeyini düzgün qiymətləndirmək bacarığında deyil. Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinin də son hadisələrlə bağlı açıqladığı münasibət təkcə bizim bu fikirdə olmadığımızı göstərdi. O cümlədən bir çox Avropa rəsmiləri də bu cür düşünür. ABŞ Administrasiyası bilməlidir ki, bu münasibətdən Azərbaycan zərər çəkməz. Bu bizi narahat etmir. Zaman gələr, bugünkü prosesləri düzgün analiz edə bilsələr, ABŞ-ın özünün bu siyasətdən zərər çəkdiyi məlum olar ”.
Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa isə baş verənlərin Amerikanın siyasətinin davamı olduğunu deyib: “Lakin indiyə kimi bu siyasət bu formada açıqlanmırdı. İndi isə prosesin çözülməsi, Türkiyənin aktivliyi ortaya gələndə hər kəs ortaya münasibət qoymağa başlayır. Amerikada öz münasibətini ortaya qoyur. Hər halda ABŞ-ın bu münasibəti bizim əleyhimizədir. Biz öz müqavimətimizi göstərməliyk”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev isə ABŞ-ın Ermənistanı hazırkı situasiyadan çıxarmaq üçün atdığı addımları pislədiyini bildirib. Onun fikrincə, ABŞ bu addımları ilə dünyada separatçılığı stimullaşdırır, beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin pozulmasına birbaşa xidmət edir: “Əslində bu ABŞ-ın kifayət qədər ikili siyasət yürütməsinin göstəricisidir, məhz ABŞ-ın bu siyasəti təkcə bizim tərəfimizdən hiddətlə qarşılanmır. ABŞ-ın NATO-dakı müttəfiqləri də bir sıra hallarda onların siyasətinin beynəlxalq gərginlik yaratmağa xidmət etdiyini söyləyirlər. Ona görə də mən hesab edirəm ki, Azərbaycan açıq formada öz etirazını bildirməlidir. Biz ABŞ-ın bu fəaliyyətini qətiyyətlə pisləməliyik. ABŞ dünyanın super dövləti kimi beynəlxalq hüququn təminatçısı olmalıdır, yoxsa beynəlxalq hüququ tapdalanmamalıdır”.
Politoloq Mübariz Əhmədoğlu da APA-ya açıqlamasında məsələyə öz reaksiyasını bildirib. Onun sözlərin görə, Ermənistan bölgədə gərginliyin mənbəyi olub: “Ermənistan regionda separatizmin mənbəyidir. ABŞ əgər Ermənistanı dəstəkləyirsə, deməli regionda vəziyyəti gərginləşdirməyin, separatizmin, iqtisadi vəziyyəti pisləşdirməyin tərəfdarıdır” .
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə isə baş verənlərin ABŞ-ın daxili siyasi problemləri ilə bağlı olduğunu deyib: “Obama prezident seçkilərində erməni diasporuna çoxlu vədlər vermişdi, hakimiyyətə gələndən sonra bu vədlərin icrası ABŞ-ın milli maraqlarına zidd olduğu üçün onu icra edə bilmir. Bu il ABŞ Konqresinə seçkilərdir və ABŞ-da ictimai rəyi öyrənən təşkilatlar artıq demokratların uduzacağını bildirirlər. Ermənilərin könlünü almaq üçün son vaxtlar Türkiyəyə belə təzyiqlər edilir. Amma bu ABŞ-ın özünün də milli maraqlarına və təhlükəsizliyinə ziddir. Mən düşünürəm ki, dözümlü olmalıyıq. Azərbaycan və Türkiyə öz yolunu davam etdirməlidir. Haqlı mövqeyini dünyada müdafiə etməli, birgə addım atmalıdır. Digər tərəfdən düşünmürəm ki, Türkiyəni belə təzyiqlərlə nəyəsə məcbur etmək mümkündür. Azərbaycan da öz haqlı milli maraqlarını müdafiə etməyə qadir ölkədir”.

619