Sarkisyan: “Türkiyə ilə bağlı qərarımızı vermişik”
“Ermənistan artıq Türkiyə ilə münasibətlərə dair qərarını verib”.
APA-nın “Armenia today” portalına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Vaşinqtona qarşıdakı səfərini şərh edən Ermənistan prezidenti Serj Sarkisyan deyib.
O bildirib ki, İrəvanın bu məsələ ilə bağlı qərarı var, lakin hələlik onu açıqlamağın vaxtı çatmayıb. S.Sarkisyan müəyyən müddətdən sonra bu qərarın ictimaiyyətin mühakiməsinə veriləcəyini söyləyib: “Onda biz bu qərarın doğruluğuna əmin olacağıq. Belə məsələlərdə ən vacib odur ki, qərar düzgün olsun”.
Xatırladaq ki, aprelin 12-13-də Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammiti çərçivəsində Ermənistan prezidenti ilə Türkiyə baş nazirinin görüşü olacaq.

482