Müsavatla DUİ birgə aksiyalara qərar verdi
Müsavat Partiyası ilə Demokratiya Uğrunda İttifaq (DUİ) arasında növbəti məsləhətləşmə görüşü keçirilib. Bu barədə Lent.az-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.
Aprelin 7-də Müsavatın qərargahında keçirilən görüşə partiya başqanı İsa Qəmbər və DUİ-yə daxil olan partiyaların sədrləri qatılıb. Görüşdə ölkədə seçkiqabağı demokratik şəraitin yaradılması, seçki qanunvericiliyində islahatların aparılması, seçki dövründə fəaliyyətin koordinasiyası və digər məsələlər ətrafında məsləhətləşmələr davam edib.
Müsavat Partiyası ilə DUİ-nin birgə kütləvi aksiyalar keçirilməsi barədə qərar qəbul olunub.
Məsləhətləşmələr davam etdiriləcək.
Pərvin ABBASOV

411