Vitse-spiker: “Türkiyə bu şantajdan canını qurtaracaq”
06 aprel 2010 11:30 (UTC +04:00)

Vitse-spiker: “Türkiyə bu şantajdan canını qurtaracaq”

Nevzat Pakdil: “Soyqırımı ittihamlarından həmişə Ankaranı şantaj etmək üçün istifadə olunub”



Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Nevzat Pakdil bildirib ki, ABŞ Konqresin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin 1915 hadisələrini “soyqırım” kimi tanıyan qərarı türk xalqını kədərləndirib.


APA-nın ABŞ müxbirinin suallarını cavablandıran Nevzat Pakdil bildirib ki, xarici əlaqələr komitəsi türk xalqını məyus edib.


Onun sözlərinə görə, Türkiyə və ABŞ müttəfiq ölkələrdir və ikitərəfli münasibətlərində ciddi problemlər yoxdur.


O bildirib ki, soyqırımı ittihamları həmişə Ankaranı şantaj etmək üçün istifadə olunub və ola bilər ki, Konqresin qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməni qəbul etməsi ilə Türkiyə nəhayət ki bu şantajdan canını qurtaracaq.


“Türkiyə belə bir cinayət törətməyib. Biz hesab edirik ki, bu qərar informasiya çatışmazlığı səbəbindən qəbul olunub”.


Pakdil ABŞ siyasətçilərini bu məsələni tarixçilərin ixtiyarına buraxmağa çağırıb.

“Türkiyə bu məsələni tarixçilərin ixtiyarına buraxmağa hazırlaşır. Biz bəyan etmişik ki, bu məsələ ilə bağlı bütün sənədləri və arxivləri bölüşməyə hazırıq. Ümidvarıq ki, bizim amerikalı dostlarımız tarixi həqiqətləri nəzərə alaraq hərəkət edəcək”.


Türkiyə parlamentinin üzvü hesab edir ki, onun ölkəsi qondarma erməni soyqırımı haqqında qətnamənin ABŞ Konqresində qəbul olunmasının qarşısını almaq üçün əlindən gələni edəcək.


Nevzat Pakdilin də daxil olduğu Türkiyə parlamentinin nümayəndə heyəti bir sıra mədəniyyət tədbirlərində iştirak etmək üçün ABŞ-a gəlib. Hazırda nümayəndə heyəti Hyustondadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar