Andres Herkelin səlahiyyət müddəti başa çatır
Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin səlahiyyət müddəti başa çatır.
APA-nın məlumatına görə, bu barədə Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.
S. Seyidov bildirib ki, A. Herkelin məruzəçi kimi səlahiyyət müddəti başa çatdığı üçün o, yeni məruzəçi ilə əvəzlənəcək. Yeni məruzəçinin müəyyənləşməsinin Avropa Şurasının səlahiyyətində olduğunu deyən nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, təyinatın AŞ PA-nın iyun sessiyasından sonra olacağı gözlənilir.
«Azərbaycan üzrə yeni məruzəçinin kim olacağını indidən demək mümkün deyil. Bu, Avropa Şurasının səlahiyyətində olan məsələdir. İstəyirik ki, yeni məruzəçi öz işini yüksək səviyyədə həyata keçirsin. Bu şəxs Avropa Şurasının dəyərlərini həyata keçirməklə yanaşı, öhdəliklərin icrasını monitorinq edir. Məruzəçi ölkənin daxili işlərinə qarışmamalı, hansısa tərəf tutmaqdan uzaq olmalıdır. Ümid edirik ki, belə də olacaq», - deyə S. Seyidov bildirib.

Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35