Pənah Hüseynlə Siyavuş Novruzov dalaşdı
Milli Məclisin iclasında növbəti qalmaqal
Milli Məclisin bu gün keçirilən iclasında «Müsavat» deputat qrupunun üzvü Arzu Səmədbəyli təmsil olunduğu partiyanın Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbova məktubla müraciət edərək kütləvi aksiyalar keçirilməsi üçün yer istədiklərini xatırladıb.
Lent.az-ın məlumatına görə, BŞİH-dən neqativ cavab aldıqlarını deyən A.Səmədbəyli bunu tənqid edib.
Çıxış üçün söz alan YAP-çı deputat Siyavuş Novruzov A.Səmədbəylinin dediklərinə cavab verib. O, Azərbaycan Prezidentinin 2010-xü ili «Ekologiya ili» elan etdiyini xatırladaraq müxalifət nümayəndələrinə «aksiya keçirməkdənsə gedin ağac əkin» deyib.
Çıxışlar bitdikdən sonra Ombudsmanın illik hesabatının təqdimatı başlayan zaman S.Novruzovla A.Səmədbəyli və «Müsavat» deputat qrupunun digər üzvü olan Pənah Hüseyn arasında mübahisə yaranıb.
A.Səmədbəyli spiker Oqtay Əsədovdan S.Novruzovu sakitləşdirməyi istəyib: «Axı Siyavuş Novruzov kimdir ki, belə danışır?»
Spiker isə buna «bəs sən kimsən» deməklə reaksiya verib.
Mübahisə davam edərkən S.Novruzov P.Hüseyni muzdla danışmaqda ittiham edib. Mübahisə kritik nöqtəyə çatdığı bir vaxtda spiker məsələyə son qoyub.
P.Hüseyn isə S.Novruzova cavab verərkən küçə söyüşündən istifadə edib.
Daha sonra Ombudsmanın hesabatını oxumağa başlayıb.
İclas davam edir.
Pərvin ABBASOV

568