ABŞ-da yaşayan azərbaycanlılar siyahıya alınır
ABŞ-da yaşayan azərbaycanlıların böyük əksəriyyəti ilk dəfə olaraq əhalinin siyahıya alınmasında iştirak ediblər.
Bu barədə ABŞ Əhalini Siyahıyaalma Bürosunun rəsmisi APA-nın Vaşinqton müxbirinə bildirib. Onun sözlərinə görə, ötən illərdə, o cümlədən 2000-ci ildə ABŞ azərbaycanlıları çox vaxt başqa etnik qrupların və millətlərin adı altında qeydiyyatdan keçirdilər.
ABŞ Azərbaycanlıları Şəbəkəsindən APA-nın müxbirinə bildiriblər ki, bu il diaspora nümayəndələri Azərbaycan Türkləri İcması kimi qeydiyyatdan keçmək üçün xüsusi kampaniya təşkil ediblər.
Diaspora təmsilçiləri bildirirlər ki, hökumətin icmalara məxsus xəstəxanalar, məktəblər, kitabxanalar, infrastruktur və digər sahələr üçün ayırdığı vəsait yalnız diaspora üzvlərinin təqdim etdiyi sorğu cavabları əsasında müəyyənləşir.
ABŞ azərbaycanlıları və digər Türk etnik qruplarının sayı çox olsa da, 2000-ci il siyahıyaalmasında ancaq 200 000 nəfər qeydiyyatdan keçib. Səbəb azərbaycanlıların və digər Türk millətlərinin lazımi qaydada sənədlərini təqdim etməməsindədir.
Azərbaycan diasporunun nümayəndəsi Rəşid Mirsalıyev deyir ki, əvvəllər azərbaycanlılar siyahıyaalma prosesində fəal iştirak etmirdilər: “ “Biz fikirləşirdik ki, bunun bizə heç bir xeyri yoxdur, ona görə də sənəd toplamırdıq”.
Onun sözlərinə görə, ABŞ-dakı Azərbaycanlılar çox vaxt özlərini fars, yaxud Cənubi Azərbaycandan olan türklər kimi təqdim ediblər: “Digərləri özlərini rus kimi və ya məhz ağ irqin nümayəndəsi kimi göstərirdi. Fikrimcə, azərbaycanlılar böyük azlıq olmadığı üçün onları çox az adam tanıyır, buna görə də özünü türk, rus və ya sadəcə amerikalı kimi təqdim etmək anlaşılmazlıqları aradan qaldırır”.
Amma bu il diaspora icma üzvlərinə şəxsiyyətini düzgün təqdim etməyin vacibliyini izah edib. Məsələn, bu, azərbaycanlılara öz dillərində təhsil almağa, öz qəzetlərini buraxmağa, bazar günü məktəbləri açmağa və digər icma xidmətlərindən istifadə etməyə imkan verəcək.
Azərbaycan diasporuna geniş kampaniya aparmaqda ABŞ-dakı yeganə Azərbaycan televiziyası – GunAz TV yardım edib. Siyahiyaalma məsələsi Los-Anceles, Çikaqo, Vaşinqton və Nyu-Yorkda keçirilən bir sıra Azərbaycan tədbirlərində də əsas müzakirə mövzusu olub.

397