İsrail parlamenti də “erməni soyqırımı”nı tanıya bilər
27 mart 2010 16:00 (UTC +04:00)

İsrail parlamenti də “erməni soyqırımı”nı tanıya bilər

Türkiyə-İsrail münasibətlərindəki gərginlik pik həddinə çatıb.


APA-nın İsrailin “İzRus” saytına istinadən məlumatına görə, aprel ayında “erməni soyqırımı”nın tanınması ilə bağlı qərar layihəsi İsrail parlamentinin (Knessetin) müzakirəsinə çıxarılacaq.


Layihənin müəllifi müxalifətdəki solçu “Meretz” partiyasının lideri Haim Orondur. Ötən il Oronun təşəbbüsü Knesset tərəfindən dəstəklənməmişdi. Amma Türkiyə-İsrail münasibətlərindəki gərginlik səbəbindən İsrailin “erməni soyqırımı”nı tanıyacağı istisna edilmir.


Türkiyənin İslam dünyasına və xüsusən ərəb ölkələrinə yönəlik himayəçilik siyasəti də ötən il İsrail parlamentində “erməni soyqırımı”nın tanınmasının əleyhinə səs verənlərin mövqeyini zəiflədən əsas amillərdən biri kimi qiymətləndirilir.
# 320

Oxşar yazılar