Serj Sarkisyandan ilginc etiraf
20 mart 2010 20:00 (UTC +04:00)

Serj Sarkisyandan ilginc etiraf

“Dünya ictimaiyyəti təkid edir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir”



“Mən Azərbaycan prezidentinə müraciət edərək, güc tətbiq etməmək barədə saziş imzalamağa çağırıram”. APA-nın məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan “Euronews” kanalına müsahibəsində deyib.


S.Sarkisyan bildirib ki, beynəlxalq cəmiyyət münaqişəni beynəlxalq hüququn üç prinsipi - öz müqəddəratını təmin etmək, ərazi bütövlüyü və güc tətbiq etməmək - əsasında həll etməyi təklif edir. O hesab edir ki, Azərbaycanla güc tətbiq etməmək haqqında saziş imzalanması Ermənistan və Qarabağ əhalisində Azərbaycanın münaqişənin dinc yolla həllinin tərəfdarı olduğuna inam yaradardı: “Sonra isə biz detallar üzərində iş apara bilərik”.


S.Sarkisyan əlavə edib ki, ermənilər Azərbaycanın ərazi bütövlüyünün onlar üçün nə demək olduğunu dəfələrlə deyiblər: “Azərbaycanlılar da Dağlıq Qarabağ xalqının öz müqəddəratı təyin etmək hüququnu necə başa düşdüklərini deyə bilərlərmi? Biz bu mövzu ilə bağlı birgə bəyanatlar verəndə, Azərbaycan erməni xalqının öz müqəddəratını təyin etməsindən yox, münaqişənin əsas iştirakçılarından olan Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsindən danışır”.


Londonda verdiyi “Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkib hissəsi olmayıb” bəyanatına münasibət bildirən S. Sarkisyan dediklərini bir daha təkrarlayaraq, deyib ki, Dağlıq Qarabağı Azərbaycana regionun sovetləşməsi zamanı verilib. O, dünya ictimaiyyətinə bir sual da ünvanlayıb: “Niyə dünya ictimaiyyəti SSRİ-nin dağılmasını alqışladı? Niyə bəyan etmədi ki, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan SSRİ-nin tərkib hissəsidir? Amma Qarabağla bağlı dünya ictimaiyyəti təkid edir ki, o Azərbaycanın tərkib hissəsidir. Sizə elə gəlmirmi ki, bu, məntiqli deyil?».

“Münaqişənin dinc yola həlli üçün hansı kompromisə hazırsınız” sualını cavablandıran S. Sarkisyan deyib ki, münaqişənin səbəblərini aydınlaşdırmadan onun nəticələrini aradan qaldırmaq olmaz: “Səbəblərə gəldikdə, biz öncə Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsindən danışırıq. Bu, həll olunan kimi, regional problemlərin həlli ilə bağlı digər proseslər asan və tez gedəcək. Məlumdur ki, biz ermənilər münaqişənin həllində daha maraqlıyıq, amma onun uzunmüddətli olmasını - regionda sülh və təhlükəsizliyin bərqərar olmasını istəyirik, sadəcə Dağlıq Qarabağı Azərbaycana hədiyyə etmək yox. Bu, Dağlıq Qarabağın mövcudluğunun sonu demək olardı”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672

Oxşar yazılar