Fransalı senator Bakıda nədə heyrətlənib?
“Qaçqınların öz torpaqlarına qayıtmaq hüquqları qanunidir və Fransa parlamentinə bu barədə əsaslı məlumat çatdırılacaq”
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə martın 17-dən Bakıda səfərdə olan Fransa Senatının yuxarı palatasının senatoru Natali Qule martın 19-da səhər Fransanın Azərbaycandakı səfiri Qabriel Keller ilə birlikdə Nərimanov rayonunda qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yerə baş çəkib.
SAM Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan-Azərbaycan, Dağliq Qarabağ münaqişəsi nəticəsində öz tarixi torpaqlarından didərgin düşən insanların dözülməz şəraitdə yaşadıqlarını görən senator, artıq mövcud vəziyyətə göz yumulmasına son qoymağın və həmin insanlar haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vaxtı gəldiyini vurğulayıb. O, həmçinin qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq istəklərində son dərəcə israrlı olmasından heyrətləndiyini bildirdi. Senator qeyd etdi ki, onlar bu hüquqların təmin edilməsini tələb edərkən sözsüz ki, haqlıdırlar. Çünki BMT də daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən bu hüquqlar rəsmən tanınır. Sonra qaçqınlar üçün nəzərdə tutulmuş yeni binalara baş çəkən senator Azərbaycan prezidenti İlham Əliyevin öz həmvətənlərinin ağır vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə həyata keçirdiyi siyasəti yüksək qiymətləndirib. Lakin yaradılmış şərait necə olursa-olsun bu qaçqınların öz doğma torpaqlarını əvəz edə bilməz.
Jurnalistlərin suallarını cavablandıran Fransanın Azərbaycandakı səfiri cənab Qabriel Keller bildirib ki, nəticənin necə olmasından asılı olmayaraq qaçqınlar və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Xanım Natali Qule Fransa Senatına və xarici əlaqələr komissiyasına Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilmiş torpaqlarından didərgin düşmüş qaçqın və köçkünlərin vəziyyəti ilə bağlı məlumatlar göndərəcəyinə söz verdi.

500