Ermənilərin törətdiyi soyqırımdan bəhs edən kitab hazırlanır
Millət vəkili Qənirə Paşayeva və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının həmmüəllifi olduğu “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitabı çapa hazırlanır. Lent.az-ın məlumatına görə, yaxın günlərdə nəşr olunacaq kitab erməni silahlı birləşmələrinin rus ordusunun köməyi ilə 1990-cı il martın 27-də Qazax rayonunun Bağanıs Ayrım kəndində törətdikləri soyqırım faktlarından bəhs edir.
“Ermənilərin törətdiyi soyqırım qurbanı – Bağanıs Ayrım” kitabında soyqırım faktlarla oxuculara çatdırılır.
Kitabın baş məsləhətçisi Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevdir.
İngilis və rus dillərində nəşri planlaşdırılan kitabın təqdimatı martın 24-də Atatürk Mərkəzində keçiriləcək.
Erməni silahlı birləşmələrinin rus hərbçilərinin yardımı ilə törətdiyi Bağanıs Ayrım soyqırımı haqqında həmmüəlliflərin ssenarisi əsasında sənədli filmin çəkilişlərinə də başlanılıb.
Qeyd edək ki, 1990-cı il mart ayının 24-də erməni silahlıları rus hərbçilərinə məxsus hərbi texnikadan, müasir silahlardan istifadə edərək Bağanıs Ayrıma hücum edib, mülki əhali insanlığa sığmayan işgəncələrlə qətlə yetirilib, diri-diri ocağa qalanıb. Əhalinin 17 evi qumbaraatanla dağıdılıb, 11 evi isə qarət edilib. Faciə zamanı Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstünə benzin tökülərək yandırılıb. Alməmməd Məhərrəmov həyətindəki ot tayasına atılaraq diri-diri ocağa qalanıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib. 2 nəfər odlu silahla yaralanıb. Qətlə yetirilən insanların böyüyü 75 yaşında Dədəş Əsliyev, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub. Bağanıs Ayrım kəndi 1990-cı il avqustun 20-də işğal edilib.

386