Azərbaycan Avropa Hərəkatının rəhbəri dəyişdi
Azərbaycan Avropa Hərəkatının (Beynəlxalq Avropa Hərəkatının Azərbaycan üzrə Hazırlıq Komitəsi) İdarə Heyətinin iclası keçirilib. Bu barədə Lent.az-a Hərəkatın mətbuat xidmətindən bildirilib.
İclasda Azərbaycan Avropa Hərəkatının hərəkatın prezidenti Surxan Lətifov çıxış edərək təşkilatın 2010-cu ildə Milli Məclisə keçiriləcək seçkilərində hərəkatın iştirakı, bu il mayın 9-da “Avropa Günü” qeyd olunması, Azərbaycan – Avropa Konqresinin keçirilməsi barədə danışıb. Toplantıda həmçinin qarşıdan gələn parlament seçkilərində Azərbaycan Avropa Hərəkatı “exit-pol”, beynəlxalq və yerli müşahidə missiyasının təşkili barədə də müzakirələr aparılıb.
İclasda “Avropa Günü”nün 60 illiyinin təntənəli şəkildə qeyd edilməsi üçün 5 nəfərdən ibarət işçi qrupunun yaradılması da qərara alınıb.
İdarə Heyəti hərəkatın baş katibi Rəşad Quliyevin (Xasayoğlu) Belçikanın paytaxtı Brüsselə köçməsi ilə bağlı Azərbaycan Avropa Hərəkatında tutduğu postda fəaliyyətini davam etdirib-etdiməməsi məsələsinə də baxıb. Rəşad Quliyevin Brüsseldə yaşamaq qərarını və belə şəraitdə onun baş katib kimi öz vəzifəsini icra edə bilmədiyini nəzərə alaraq İdarə Heyəti onun tutduğu vəzifədən azad edilməsi barədə qərar verib.
Bundan sonra İdarə Heyəti hərəkatın baş katib vəzifəsinə seçki keçirilib.
Təşkilatın vitse-prezidenti Ramil Məmmədov baş katib postuna seçilib. O, bu vəzifəni Azərbaycan–Avropa Konqresinə qədər icra edəcək.

440