MSK-nın şöbə müdiri Osloya getdi
18 mart 2010 16:00 (UTC +04:00)

MSK-nın şöbə müdiri Osloya getdi

Martın 18-19-da Oslo şəhərində Avropa Şurası və Norveçin Yerli Hakimiyyətlər və Regional İnkişaf Nazirliyi tərəfindən “Elektron səsvermənin tətbiq edildiyi seçkilərin müşahidəsi” mövzusunda seminar keçirilir. Azərbaycanın Mərkəzi Seçkilər Komissiyasının (MSK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, seminarın keçirilməsində məqsəd elektron səsvermənin tətbiq olunduğu seçkilərin müşahidə edilməsi üzrə standart və qaydaları özündə birləşdirən layihənin hazırlanmasıdır. Elektron səsvermənin tətbiq edildiyi seçkilərin müşahidəsi ilə bağlı keçirilən bu seminar müxtəlif ölkələrdən olan mütəxəssislərin bir araya gəldiyi ilk yığıncaqdır.

Azərbaycan Mərkəzi Seçki Komissiyası da bu seminara qatılır və tədbirdə Komissiyanı Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov təmsil edir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası 2003-cü ildən etibarən müzakirəsinə başlanılmış elektron səsverməyə dair standartların işlənib hazırlanmasında da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483

Oxşar yazılar