Çanaqqaladakı insident Səyyad Aranın başında çatladı
18 mart 2010 15:30 (UTC +04:00)

Çanaqqaladakı insident Səyyad Aranın başında çatladı

“Çanaqqalada Azərbaycan şəhidlərinin xatirəsinə lövhə qoyulmasıyla bağlı xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb söhbətləşmişdik. Ondan xahiş etmişdik ki, məsələni ölkə rəhbərliyinin də diqqətinə çatdırsın, məsələ dövlət səviyyəsində həll olunsun”. Bunu Lent.az-a açıqlamasında hazırda Çanaqqalada (Türkiyə) olan millət vəkili Gülər Əhmədova bildirib. Onun sözlərinə görə, E.Məmmədyarovla hələ bir müddət əvvəl görüşüb söhbət ediblər. Bundan sonra məsələ razılaşdırılıb, xatirə lövhəsinin üzərinə Azərbaycan Xarici İşlər Nazirliyinin və Azərbaycanın Ankaradakı səfirliyinin adı yazılıb: “Çanaqqalada bu gün keçirilən mərasimə İstanbuldakı konsul qatılmamışdı. Baxmayaraq ki, ona bu barədə Azərbaycandan tapşırıq verilib. Konsul Çanaqqaladakı mərasimə qatılmayıb ki, “xatirə lövhəsinin üzərinə səfirliyin adı yazılıb, konsulluğun adı yazılmayıb. Buna görə də həmin tədbirə qatılmıram”. Konsul rəsmən bu tədbirə gəlməkdən boyun qaçırdı. Bu dəhşəti, faciəni başa düşürsünüzmü?!”

G.Əhmədovanın sözlərinə görə, Türkiyə tərəfinin xatirə lövhəsinin qoyulmasına icazə verməməsinə səbəb də elə Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aranın Çanaqqaladakı mərasimə qatılmaması olub: “Lakin biz burada Türkiyənin baş naziri və daxili işlər naziri ilə söhbət edəndən sonra məsələ yoluna qoyuldu. Bir qədər sonra xatirə lövhəsi qoyulacaq”.

Pərvin ABBASOV
# 423

Oxşar yazılar