Ərdoğan Çanaqqaladakı duruma müdaxilə etdi
Çanaqqalada baş vermiş insidentlə bağlı Çanaqqala valiliyinin hadisə yerində olan Hüsaməddin adlı əməkdaşı Lent.az-a açıqlama verib. O bildirib ki, artıq məsələ həll olunub və Azərbaycan şəhidlərinin xatirəsi üçün nəzərdə tutulmuş lövhənin qoyulmasında problem yoxdur: “İndi baş nazir bura gəlir. Baş nazir gəlsin, Çanaqqala zəfərinin 95-ci ildönümü münasibətilə keçirilən tədbirə qatılsın. O gedəndən sonra Azərbaycan şəhidlərinin xatirə lövhəsi qoyulacaq”.
Valiliyin əməkdaşı lövhənin qoyulmasına imkan verilməməsini “valilikdən gələn göstərişlə” izah edib.
Hazırda Çanaqqala zəfərinin 95-ci ildönümü ilə bağlı keçirilən tədbirə qatılmış Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev də Lent.az-a açıqlamasında məsələnin həll olunduğunu təsdiqləyib: “İnsidentdən sonra baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşümüz oldu. Xatırlatdım ki, bu abidə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ankaradakı səfirliyi adından qorunur. Bununla bağlı bizdə izn məktubları da var. Bizə lövhə qoymağa imkan verməyənlərin tələbi ondan ibarət idi ki, Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi, yaxud qeyri-rəsmi icazəsi olmalıdır. Mən baş nazirlə görüşüm zamanı o bildirdi ki, lövhə qoyulacaq. Mərasimdən sonra – təxminən 1-2 saata lövhə qoyulacaq”.
İ.Ağayev Türkiyə daxili işlər naziri Bəşir Atalayın da lövhə qoyulmasına imkan verməyənlər sırasında olduğunu təsdiqləyib: “Lakin sonradan biz bir-birimizi başa düşdük. Çünki baş nazirlə danışmışdım”.
Pərvin ABBASOV

669