Bernar Fasie Azərbaycan hökumət orqanlarına izahat verib
16 mart 2010 13:30 (UTC +04:00)

Bernar Fasie Azərbaycan hökumət orqanlarına izahat verib

Fransanın Azərbaycandakı səfirliyi ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasienin İrəvanda çıxışı ilə bağlı rəsmi məlumat yayıb.

Səfirlikdən APA-ya daxil olan məlumatda deyilir: “Səfir Bernar Fasie NATO Parlament Assambleyasının nümayəndələri qarşısında çıxışı fransızca edib və onların suallarına həmin dildə cavab verib. Onun sözləri ardıcıl olaraq bir neçə dilə tərcümə edilib. Səfir Fasie tərcümə zamanı təhrif edilmiş sözləri barəsində bəzi erməni, yaxud azərbaycanlı jurnalistlərin şərhlərini rəsmi təkzib edir. Səfir Fasie hər iki ölkənin hökumət orqanlarına artıq lazımi izahatı verib və bu onları qane edib”.

Xatırladaq ki, Ermənistan mətbuatı Fasienin adından bu sözləri yazıb: “Müharibə başlasa, Azərbaycan qələbə qazana bilməz, mən Ermənistan v Qarabağ döyüşçülərinin mərdliyinə bələdəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 357

Oxşar yazılar