Əfv Komissiyasının iclasları yekunlaşıb
16 mart 2010 12:15 (UTC +04:00)

Əfv Komissiyasının iclasları yekunlaşıb

Azərbaycan prezidenti yanında Əfv Komissiyasının iclasları yekunlaşıb. Komissiyadan APA-ya daxil olan məlumata görə, bu gün yekun iclas keçirilib.

Komissiya üzvləri daxil olan ərizələrin müzakirəsini başa çatdıraraq yekun siyahı hazırlayıblar. Hazırlanan siyahının dövlət başçısına təqdim olunması haqqında qərar qəbul edilib. Siyahıda neçə nəfərin adının olduğu açıqlanmır.

Azərbaycan prezidentinin təqdim olunan siyahı əsasında bu günlərdə Novruz bayramı münasibəti ilə növbəti əfv fərmanını imzalayacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan prezidenti sonuncu dəfə 2009-cu il dekabrın 25-də əfv sərəncamı imzalayıb. Həmin sərəncam 99 məhbusa şamil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar