Azərbaycanla bağlı məruzənin müzakirəsi təxirə salındı
16 mart 2010 10:30 (UTC +04:00)

Azərbaycanla bağlı məruzənin müzakirəsi təxirə salındı

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı hazırlanmış məruzənin müzakirəsi təxirə salınıb.

APA-nın xəbərinə görə, bu barədə Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib. S. Seyidov bildirib ki, həmməruzəçilərin Azərbaycanla bağlı hazırladığı hesabatın aprel ayında müzakirə edilməsi qərara alınıb.

Onun sözlərinə görə, təşkilatın Bürosunun və Daimi komitəsinin iclasında Azərbaycanla əlaqədar hər hansı müzakirə aparılmayıb.

Qeyd edək ki, AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Qross və Cozef Debono Qrexin hazırlayacaqları hesabatın Monitorinq Komitəsinin martın 17-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulurdu.
# 317

Oxşar yazılar