“Mən Bernar Fasie ilə bu barədə danışacağam”
15 mart 2010 10:30 (UTC +04:00)

“Mən Bernar Fasie ilə bu barədə danışacağam”

Elmar Məmmədyarov araşdırma aparılacağını dedi

Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədri Bernar Fasienin İrəvanda keçirilən NATO seminarında səsləndirdiyi fikirlərlə bağlı araşdırma aparacaq.

APA-nın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı fransız həmsədrlə şəxsən danışacaq: “Mən Bernar Fasie ilə bu məsələni danışacağam”. Qeyd edək ki, “Novosti-Armenia” agentliyinin məlumatına görə, Bernar Fasie NATO Parlament Assambleyasının Ermənistan paytaxtında keçirilən “Rose Roth” seminarında çıxışında Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar başlayarsa, Azərbaycanın qələbə qazana bilməyəcəyini deyib: “Şəxsən, mən Ermənistan və Qarabağ döyüşçülərinin mərdliyinə bələdəm”. Diplomat bildirib ki, müharibə Azərbaycana fayda gətirməyəcək və onun maliyyə maraqlarına, neft satışına zərər verəcək. Həmsədr qeyd edib ki, Azərbaycan iqtisadiyyatına sərmayə qoyan beynəlxalq sərmayədarlar öz vəsaitlərinin təhlükə altında qalmasını istəməyəcəklər və Azərbaycana kapital qoymaqdan imtina edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar