“Washington Post”un gəlir mənbəyi ilə bağlı istintaq başladı
ABŞ hökuməti ölkənin ən nüfuzlu media qurumlarından biri olan “Washington Post” qəzetinin maliyyə qaynağındakı nöqsanlarla bağlı istintaq işinə başlayıb. Lent.az-ın “Haber-7”ə istinadən verdiyi xəbərə görə, bu barədə yerli “Barrons” həftəlik iqtisadiyyat qəzeti məlumat yayıb.
ABŞ Təhsil Nazirliyi “Washington Post” Şirkətinə daxil olan “Kaplan” tədris mərkəzlərində nöqsanlar aşkarlayıb. Qəzet yazır ki, nöqsanlara hətta şirkətin səhmdarları və sərmayəçilərinin aldadılması da daxildir. Bununla bağlı ilk fakt keçən ilin sentyabrında aşkarlanıb və həmin vaxtdan araşdırmalara başlanıb. Keçən həftə isə istintaq başlanıb.
“Barrons” vurğulayır ki, istintaqla bağlı “Washington Post” qəzetində bir kəlmə də yazılmayıb: “Bu qəzet nöqsanlarla bağlı yazmaya bilərdi, ancaq sərmayəçilərin və səhmdarların bununla bağlı məlumat almaq hüququ var”.
Bununla da “Washington Post” qəzetinin sözügedən məsələylə bağlı məlumat yazmağa borclu olduğuna işarə edilib.
Mərkəzi Floridada olan “Kaplan” tədris mərkəzləri “Washington Post” şirkətinin ən önəmli gəlir qaynağıdır. Belə ki, bu tədris mərkəzləri illik qazancı 5 milyard dollara çatan “Washington Post Company”-nin gəlirinin yarıdan çoxunu təmin edir.

687