Türkiyə səfirliyinin qarşısında dəstək aksiyası baş tutmadı
13 mart 2010 18:40 (UTC +04:00)

Türkiyə səfirliyinin qarşısında dəstək aksiyası baş tutmadı

Martın 12-də Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında bir qrup gəncin keçirmək istədiyi aksiya baş tutmayıb. Lent.az-ın müxbirinin verdiyi xəbərə görə, aksiya iştirakçıları səfirliyə yaxınlaşa bilməyiblər. Aksiyanın əvvəlcədən elan edilmiş başlama vaxtında - 15.00-da bir nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Ərazidə olan Nəsimi rayon Polis İdarəsi ictimai təhlükəsizlik şöbəsinin rəisi polkovnik-leytenant Muxtar Muxtarov Lent.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aksiyanın keçirilməsinə icazə verilmədiyini bildirib: “Bu səbəbdən də onlar səfirliyin qarşısına buraxılmayıblar”.

Qeyd edək ki, Azərbaycanda bir qrup gənc ABŞ və İsveç parlamentlərində qondarma “erməni soyqırımı” ilə bağlı qəbul olunmuş sənədlərə etiraz olaraq Türkiyəyə dəstək aksiyası keçirmək istəyirdi.

Ramiz MİKAYILOĞLU
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 391

Oxşar yazılar