DİN-in 253 əməkdaşı ciddi cəzalandırılıb
13 mart 2010 14:00 (UTC +04:00)

DİN-in 253 əməkdaşı ciddi cəzalandırılıb

9 işçinin hərəkətlərində isə korrupsiya elementləri aşkarlanıb

Keçən il Daxili İşlər Nazirliyinin (DİN) 253 əməkdaşı barəsində ciddi intizam tənbehi tədbirləri görülüb, o cümlədən 13 nəfər daxili işlər orqanlarında xidmətdən xaric olunub. Lent.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Nazirlər Kabinetinin 2009-cu il fəaliyyəti haqqında olan hesabatında bildirilib.

Həmin şəxslər haqqında 2009-cu ildə insan və vətəndaş hüquqlarının pozulması ilə bağlı aşkarlanmış 151 faktla bağlı tədbir görülüb.

Bundan başqa, “102” xidməti vasitəsilə “Qaynar xətt”ə polis əməkdaşları barədə daxil olmuş 766 şikayət araşdırılaraq nəticəsi üzrə 143 nəfər intizam məsuliyyətinə cəlb edilib.

Həmçinin, daxili nəzarət qaydasında əldə olunmuş məlumatlar üzrə aparılmış araşdırmalarla hərəkətlərində korrupsiya elementi olan 9 əməkdaş daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426

Oxşar yazılar