Azay Quliyev: “Demokratiya və ədalət axtaranlar qoy, Ermənistanı işğalçı kimi ifşa etsin”
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili, Azay Quliyev “Azadlıq” radiosuna açıqlamasında ABŞ Dövlət Departamentinin 2009-cu il üçün Azərbaycanda İnsan Haqlarının vəziyyətinə dair yaydığı hesabatı sərt tənqid edib.
Onun sözlərinə görə, Dövlət Departamenti son illər ardı-arası kəsilmədən Azərbaycanla bağlı qeyri-dəqiq məlumatlar verir, öz hesabatlarında çox ziddiyyətli məlumatlardan istifadə edir: “Bir neçə gün bundan əvvəl də belə bir məlumat vermişdi ki, Azərbaycanda tələbələrin 30 faizə yaxını narkomandır. Bu adi riyazi hesablamalara belə uyğun olmayan rəqəmdir. Konkret 2008-ci ilin prezident seçkiləri haqqında deyilənlər də başdan-ayağa yanlış fikirdir. Hamı bilir ki, 2008-ci ildə hazırkı prezident cənab İlham Əliyev çox böyük üstünlüklə demokratik bir seçkidə qalib gəlib. O ki qaldı referenduma, mən bilmirəm, referendum nə vaxtdan insanlara hakimiyyəti dəyişməyə şərait yaradıb. 2009-cu ilin referendumunda da söhbət hakimiyyətin dəyişməsindən, kiminsə hakimiyyətə gətirilməsindən getmirdi. Orada yalnız Konstitusiyaya vacib dəyişikliklər oldu, xalq da bunu müdafiə etdi”.
Həbsxanalarda vəziyyətə gəldikdə, Azay Quliyev hesab edir ki, bu sahədə qeyd edilənlər də vəziyyətə adekvat deyil: “Həbsxanada kimsə dünyasını dəyişibsə, bu normal həyatda da ola bilər. Mənim bildiyimə görə, yalnız bir nəfər – Novruzəli Məmmədov dünyasını dəyişdi, o da xəstəliyi ilə bağlı idi. Ola bilər, tibbi xidmətdə müəyyən çətinliklər olmuşdu, amma bu, hər hansı şəxsə qarşı işgəncə xarakteri daşımamışdı. Dünyanın hansı ölkəsində həbsxanada ölüm halı olmur ki? Bizdə də təəssüf ki, bir neçə fakt olub. Amma bunu bütövlükdə ölkədə məhbusların hüquqlarının pozulması ilə bağlamaq yumşaq desək, ədalətsizlikdir. Niyə Dövlət Departamenti diqqət yetirmir ki, Azərbaycan məhz penitensiar xidmətə ictimai nəzarət modeli baxımından xüsusilə Avropa məkanında tanınmış təcrübəyə malikdir? Niyə qeyd etmir ki, məhz Azərbaycan hökumətinin, Ədliyyə Nazirliyinin birbaşa təşəbbüsü ilə bu gün penitensiar xidmətə tanınmış hüquq müdafiəçilərindən ibarət ictimai nəzarət komitəsi fəaliyyət göstərir?”.
Millət vəkilinin fikrincə, 2010-cu ilin seçkiləri ərəfəsində belə bəyanatların səsləndirilməsi xoş niyyət daşımır: “Mən düşünürəm ki, burada Azərbaycana açıq-aşkar təzyiq elementi var. Və mən buna çox üzülürəm. Bu gün ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma erməni soyqırımı barədə qətnamənin gündəliyə çıxarılması nə xarakter daşıyırsa, Azərbaycanla bağlı bu cür yanlış məlumatların verilməsi, olmayan məsələlərin dilə gətirilməsi də həmin xarakteri özündə ehtiva edir. Şübhəsiz ki, bu cür hesabatlarla, bu cür basqılarla həm Azərbaycandan, həm də Türkiyədən müəyyən güzəştlərə nail olmaq istəyirlər. Amma hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət həyata keçirir. Azərbaycanın əsas prioritet fəaliyyəti onun milli maraqlarının qorunması, Dağlıq Qarabağ məsələsində az da olsa, güzəştə yol verilməməsi, ərazi bütövlüyümüzün bərpa olunmasına yönəlmiş bir siyasətdir. Kimsə düşünürsə, bu istiqamətdə hansısa təzyiqlərlə nəyəsə nail olmaq olar, bu düzgün yol deyil. Kimsə demokratiya və ədalət axtarışındadırsa, qoy, Ermənistanı işğalçı dövlət kimi ifşa etsin, Azərbaycanın ərazilərinin boşaldılmasında konkret və səmimi bir mövqe nümayiş etdirsin”.
Azay Quliyev təəssüfləndiyini bildirib ki Azərbaycanın strateji müttəfiqimiz olan ABŞ-ın bu sahədə son illərdəki siyasəti həm ABŞ-ın milli marağına, həm də Azərbaycanla dostluğun və əməkdaşlığın ümumi ruhuna uyğun gəlmir.

613