Şeyxülislam: “Çox arzu edərdim ki, Qaregin Bakıya gəlsin”
11 mart 2010 17:30 (UTC +04:00)

Şeyxülislam: “Çox arzu edərdim ki, Qaregin Bakıya gəlsin”

APA-nın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda keçiriləcək zirvə görüşünün aprelin 27-dən 29-dək keçiriləcəyini deyib.


Onun sözlərinə görə, tədbirə hazırlıq işləri yüksək səviyyədə keçirilir. A. Paşazadə belə bir tədbirin Bakıda keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğulayıb: “Bu tədbirdə 150-dək dini lider iştirak edəcək. Onlar hərəsi bir dövlətdə milyonlarla insanı öz ətrafında birləşdirirlər. Təkcə Pravoslav Kilsəsindən 11 patriarxın tədbirdə iştirakı dəqiqləşib. Bundan başqa, dünyada mövcud olan ənənəvi dinlərin hər birinin təmsilçiləri bu zirvə görüşündə iştirak edəcək”.


A. Paşazadə sammitə bütün ermənilərin katolikosu II Qareginin də dəvət ediləcəyini istisna etməyib: “MDB Dinlərarası Şurasına bütün ölkələrin dini liderləri daxildir. Mən bu qurumun həmsədriyəm. Bildiyimə görə, yaxın vaxtlarda Moskva və bütün Rusiyanın patriarxı Kiril Ermənistana səfər edəcək. Yəqin həmin səfər zamanı Qaregini də Bakıdakı tədbirə dəvət edəcək. Mən bu dəvətdə heç bir qeyr-adilik görmürəm. Çox arzu edərdim ki, Qaregin Bakıya gəlib, Azərbaycan həqiqətlərini öz gözləri ilə görsün. Ancaq dəvət olunsa da, Qareginin Bakıdakı tədbirdə iştirak edəcəyinə inanmıram. Yəqin ki, Bakıda zirvə görüşü keçirilən zaman Ermənistanda da uydurma “erməni soyqırımı” ilə bağlı tədbirlər olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 695

Oxşar yazılar