Əsir əsgərimizin anası oğluna məktub və şəkil göndərəcək
10 mart 2010 13:30 (UTC +04:00)

Əsir əsgərimizin anası oğluna məktub və şəkil göndərəcək

Nailə Məmmədova oğlundan məktub da gözləyir

2008-ci ildə Goranboy rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan, 2009-cu ilin mayın 10-da Füzuli rayonu ərazisində ermənilərə əsir düşən 1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyevin anası Nailə Məmmədova oğlundan məktub gözləyir. N.Məmmədova Lent.az-ın Gəncəbasar müxbirinə bildirdiyinə görə, bu yaxınlarda Beynəlxalq Qızıl Xaç Komitəsi nümayəndələri onunla görüşüb. Nümayəndələr tezliklə oğlu ilə görüşüb, ondan məktub gətirəcəklərini söyləyiblər.

Nailə Məmmədova da oğluna məktub yazmaq istəyir. O, Anara məktubla birgə ailə üzvlərinin şəkillərini də göndərəcək.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519

Oxşar yazılar