“Azərbaycan əsgəri torpaqları işğaldan azad etməyə qadirdir”
09 mart 2010 20:00 (UTC +04:00)

“Azərbaycan əsgəri torpaqları işğaldan azad etməyə qadirdir”

Daxili Qoşunların komandanı: “Qoşunlar bu gün ən müasir silah və hərbi texnika ilə təmin olunub”

“Daxili Qoşunların əsgərlərinin döyüş hazırlığı yüksək səviyyədədir. Qoşunlar bu gün ən müasir silah və hərbi texnika ilə təmin olunub. Artıq Daxili Qoşunların təminat-təchizatını dünyasının aparıcı dövlətlərinin analoji qurumlarının təminat-təchizatı ilə müqayisə edə bilərik”.


APA-nın xəbərinə görə, bunu Daxili Qoşunların (DQ) komandanı, general – leytenant Zakir Həsənov bu gün jurnalistlərlə görüşündə bildirib. DQ komandanı görüşdə qoşunlarda həyata keçirilən islahatlar, şəxsli heyətin xidməti hazırlığı, sosial təminatı barədə danışıb. Z. Həsənov bildirib ki, bu gün Azərbaycan əsgəri qarşısında duran bütün vəzifələri yerində yerinə yetirməyə, torpaqları işğaldan azad etməyə qadirdir.
Z. Həsənov qeyd edib ki, DQ zabitləri aparıcı dövlətlərin təlim və tədris mərkəzlərində təlimlər keçir, tədris kurslarında iştirak edir.


Onun sözlərinə görə, DQ aparıcı dövlətlərin təcrübəsindən istifadə edərək Azərbaycanda ən müasir təhsil sistemini qurub. İndiyə kimi DQ əsgərləri üçün yeni yataqxana, yeməkxana binaları, hərbi şəhərciklər tikilib. DQ əsgərlərinə artıq həftədə ən azı 3 dəfə milli yeməklər verildiyini deyən Z. Həsənov onu da bildirib ki, indiyə kimi, qoşunlarda əsgərlərin qidalanması ilə bağlı hər hansı problem olmayıb və bununla bağlı heç bir fikir səslənməyib. Onun sözlərinə görə, əsgərlərə verilən qidanın keyfiyyətini yoxlamaq üçün DQ-də müasir standartlara cavab verən laboratoriya da fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar