Axıska türklərinin liderləri Gürcüstana buraxılmır
09 mart 2010 17:00 (UTC +04:00)

Axıska türklərinin liderləri Gürcüstana buraxılmır

Azərbaycandakı Axıska türklərinin Gürcüstana qayıdışı ilə bağlı problemlər var. Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin (AMM İB) prezidenti Əlövsət Əliyev bildirib. O deyib ki, Axıska türklərinin qayıtmasıyla bağlı Gürcüstan Respublikasının Dövlət Proqramı var. Lakin buna baxmayaraq, həmin şəxslərin Gürcüstana qayıtmasına ciddi maneçilik yaradılır. “Axıska türklərinin liderləri hesab edilən şəxslər Gürcüstana buraxılmır” – deyə, Ə.Əliyev bildirib.

O əlavə edib ki, Axıska türklərinin həm Azərbaycanda, həm də Gürcüstanda hüquqlarının pozulması davam edir. Ə.Əliyevin sözlərinə görə, Azərbaycan hökuməti Gürcüstan hökumətilə bu məsələləri diplomatik yolla həll edilməlidir.

Pərvin ABBASOV
# 361

Oxşar yazılar