“Dağlıq Qarabağla bağlı qərar qəbul etmək zamanıdır”
09 mart 2010 16:15 (UTC +04:00)

“Dağlıq Qarabağla bağlı qərar qəbul etmək zamanıdır”

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiki vəziyyəti qərar qəbul etmək mərhələsi kimi dəyərləndirərəm”. Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında ATƏT Parlament Assambleyasının (PA) Dağlıq Qarabağ və Gürcüstan üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker deyib.

Q.Lenmarker Gürcüstanda görüşləri başa çatdırandan sonra İrəvan və Bakıya səfərlər edəcəklərini bildirib: “Hər iki ölkənin prezidentləri də daxil olmaqla çox vacib görüşlər keçirəcəyik. Düşünürəm ki, artıq Qarabağ münaqişəsinin həlli yolunun tapılmasının vaxtı çatıb. Məncə, Minsk Qrupunun fəaliyyəti o deməkdi ki, problemin həlini tapmaq üçün baza mövcuddur. Amma burada hər iki ölkə başçısını və dövləti razı salacaq həll yolların tapılması əsas vacib məsələdir. Problemin həlli Azərbaycan üçün daha vacibdir. Çünki Azərbaycanın çoxlu sayda qaçqın və məcburi köçkünü var. Onların öz yurd-yuvalarına qayıtmaq hüququ bərpa olunmalıdır”.


Q.Lenmarker onu da deyib ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində tərəqqi müşahidə olunur: “ATƏT-in Minsk Qrupunun təklifləri əsasında xarici işlər nazirləri və prezidentlər səviyyəsində görüşlər davam etdirilir. Mən indiki vəziyyəti qərar qəbul etmək zamanı kimi dəyərləndirərəm. Hər iki prezident mövcud imkanları nəzərə alaraq, problemin həlli istiqamətində razılıq əldə olunmasına çalışmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar