“Türkiyə səfiri ABŞ-a qayıtmayacaq”
Baş nazir Ərdoğan belə deyib
Türkiyənin ABŞ səfirinin Vaşinqtona qayıtması şübhə altındadır.
Lent.az “habertürk”ə istinadən xəbər verir ki, bu barədə baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan ABŞ Konqresinin Xarici Əlaqələr Komissiyasında qondarma “erməni soyqırımı” qərarının qəbul olunmasından sonra yaranan vəziyyətə münasibət bildirərkən “konkret irəliləyiş olmasa, səfirimizi Vaşinqtona göndərməyəcəyik” deyib.
Qeyd edək ki, qərarın qəbulundan sonra Türkiyənin ABŞ səfiri Namiq Tan geri çağırılıb.
Ərdoğan, həmçinin İsrail-Suriya danışıqlarının bərpası ilə bağlı İsrailin Türkiyənin vasitəçiliyini qəbul etdiyini açıqlayıb.

428