Gəncləri  Avropa Şurasında Fərhad Hacıyev təmsil edəcək
09 mart 2010 11:30 (UTC +04:00)

Gəncləri Avropa Şurasında Fərhad Hacıyev təmsil edəcək

Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev Avropa Şurasının gənclərlə iş sahəsi üzrə hökumətlərarası Komitə Bürosunun üzvü seçilib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, bu qərar Strasburqda Avropa Şurasının keçirdiyi iclasda verilib.

Xatırladaq ki, Fərhad Hacıyev 2006-2009-cu illərdə Avropa Şurası gənclərlə iş sahəsi üzrə proqram komitəsinin sədri kimi fəaliyyət göstərib. Hazırda o, bu vəzifədə işini davam etdirir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar