Prezident Administrasiyası ABŞ Konqresinin qərarına etiraz
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin dünən qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarı qəti şəkildə pisləyib.
APA-nın xəbərinə görə, Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli
Həsənov bununla bağlı mətbuata verdiyi açıqlamasında bildirib ki, ABŞ konqresmenlərinin bu addımı sözün həqiqi mənasında səhv və ədalətsiz hərəkətdir: “1915-ci ildə I dünya müharibəsinin cəbhələrinin birində baş vermiş hadisələrdə müharibədə iştirak edən bütün xalq və dövlətlər bu və ya digər itkilərə məruz qalıblar. O dövrün hadisələrində kimin daha az və ya çox itki verməsini və hansı nəticə ilə müharibədən çıxmasını dünyada fövqəldövlət adını daşımağa iddialı olan bir ölkənin Konqres üzvləri deyil, müstəqil tarixçilər və tədqiqatçılar həll etməlidir.
Azərbaycan hökuməti ABŞ konqresmenlərinin atdığı bu addımı birmənalı şəkildə pisləyir, onun birtərəfli, ədalətsiz və ermənipərəst qərar olduğunu və anti-türk mahiyyəti daşıdığını diqqətə çatdırır. Hesab edirik ki, bu qərar həm də ABŞ və Amerika xalqının maraqları ilə qətiyyən uzlaşmır, bu ölkənin beynəlxalq imicinə ciddi zərbə vuracaq”.
Ə.Həsənov, eyni zamanda, inandığını bildirib ki, Komitənin qəbul etdiyi bu qərar ABŞ Konqresinin Nümayəndələr Palatasında lazımi qiymətini alaraq, geri qaytarılacaq və bu ədalətsiz məsuliyyət ABŞ hökumətinin üzərindən götürüləcək.

646