“İnsan hüquqları sahəsindəki fəaliyyətimizi daha da təkmilləşdirəcəyik”
05 mart 2010 12:01 (UTC +04:00)

“İnsan hüquqları sahəsindəki fəaliyyətimizi daha da təkmilləşdirəcəyik”

Elmira Süleymanovanın seçiləndən sonrakı ilk açıqlamasını verdi

Bu gün parlamentin iclasında ikinci dəfə Ombudsman seçilmiş Elmira Süleymanova jurnalistlərə açıqlama verib. Lent.az-ın məlimatına görə, E.Süleymanova deyib: “Mənim ikinci dəfə ombudsman seçilməyim Azərbaycanda ilk dəfə yaradılan Ombudsman institutunun fəaliyyətinə verilən qiymətdir”.

E.Süleymanova ötən dövrkü fəaliyyətlərində nöqsan və çatışmazlıqlar olduğunu və bunu təbii saydığını deyib: “Amma buna baxmayaraq, biz fəaliyyətimiz dövründə hər bir Azərbaycan vətəndaşının mənsubiyyətindən asılı olmayaraq, Konstitusiyada təsbit olunan hüquqlarının qorunmasına, müdafiə olunmasına çalışmışıq. Mənə göstərilən etimada görə parlamentin deputatlarına təşəkkürümü bildirirəm. Bundan sonra insan hüquqları sahəsindəki fəaliyyətimizi daha da təkmilləşdirəcəyik”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599

Oxşar yazılar