Parlament yeni Ombudsmanı seçir
Milli Məclisin iclasında Azərbaycanın yeni Ombudsmasının seçilməsi məsələsinin müzakirəsi başlayıb. Lent.az-ın məlumatına görə, Ombudsmanlığa üç namizəd var. Bunlar hazırkı Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanovdur.
Parlamentin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova Elmira Süleymanovanın namizədliyinin dəstəklədiyini deyib.
Həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov, millət vəkili Sabir Hacıyev də E.Süleymanovanın namizədliyini dəstəkləyib.
Müzakirələr davam edir.
Pərvin ABBASOV

484