Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik etdi
05 mart 2010 10:15 (UTC +04:00)

Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik etdi

Milli Məclisin bu gün keçirilən toplantısında millət vəkili Qənirə Paşayeva 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə parlamentin bütün deputatları adından millət vəkili, UNESKTO və İSESKO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyvanı təbrik edib. Lent.az-ın məlumatına görə, Q.Paşayeva Mehriban Əliyevanın Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərini vurğulayıb.

Milli Məclisin spikeri Oqtay Əsədov da bu təbrikə qoşulub.

İclasda iştirak edən Mehriban Əliyva təbrikə görə hər kəsə təşəkkürünü bildirib: “Mən də 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın həmkarlarıma təbriklərimi çatdırıram. Həmçinin, bu bayram münasibətilə Azərbaycanın bütün qadınlarını təbrik edir, hamısına can sağlığı, uğurlar və ailə səadəti arzu edirəm”.

Bununla da parlamentin növbəti iclası başa çatıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar