Milli Məclisdən ABŞ-a sərt etiraz sənədi
05 mart 2010 10:00 (UTC +04:00)

Milli Məclisdən ABŞ-a sərt etiraz sənədi

Lent.az-ın məlumatına görə, müraciət Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun sədrliyilə hazırlanıb. Müraciəti iclasda Səməd Seyidov özü səsləndirib.

Müraciətdə Azərbaycan parlamentinin bu layihənin qəbul olunmasını təəssüf və hiddət hissilə qarşıladığını qeyd olunub. Sənəddə tarixdə heç bir erməni soyqırımı olmadığı, bunun Qərb tarixçiləri tərəfindən də sübut olunduğu, əslində bunun xəstə təfəkkürün məhsulu olaraq ortaya atıldığı vurğulanıb. Həmçinin, qəbul olunan layihənin regionda sülh və sabitliyin qorunmasına xidmət etmədiyi qeyd olunub.

Sənəddə layihənin ABŞ Konqresi tərəfindən qəbul olunmayacağına, rədd ediləcəyinə əminlik ifadə olunub.

Sənəd səsə qoyularaq, yekdilliklə qəbul olunub.

Pərvin ABBASOV
# 784

Oxşar yazılar