İctimai Komitənin üzvləri Nazim Ələkbərovla görüşdü
02 mart 2010 16:30 (UTC +04:00)

İctimai Komitənin üzvləri Nazim Ələkbərovla görüşdü

Bu gün ədliyyə naziri yanında İctimai Komitənin üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərovla görüşüb. Bu barədə Lent.az-a Komitənin koordinatoru Əliməmməd Nuriyev məlumat verib. Onun sözlərinə görə, N.Ələkbərovun Komitənin yeni tərkibilə ilk görüşü həm də tanışlıq xarakteri daşıyıb.

Görüşdə Komitənin 2010-cu ildə görəcəyi işlərlə bağlı məlumat verilib.

Görüşdə həmçinin görülmüş işlər və problemlər barədə, o cümlədən bəzi məhkumların şəxsiyyət vəsiqəsinin olmaması məsələsi müzakirə olunub.

Ə.Nuriyev yaxın vaxtlarda jurnalistlərin cəzaçəkmə müəssisələrinə səfərlərinin təşkil olunacağını da bildirib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651

Oxşar yazılar