Səfər Əbiyevdən müharibə bəyanatı
25 fevral 2010 20:30 (UTC +04:00)

Səfər Əbiyevdən müharibə bəyanatı

Fevralın 25-də müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Kelleri qəbul edib.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin mövcud vəziyyətinin müzakirə edildiyi görüşdə müdafiə naziri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi fikirlərini səfirin diqqətinə çatdırıb. O qeyd edib ki, 15 il ərzində diplomatlar bu problemlə əlaqədar konkret bir nəticə ortaya qoya bilməyiblər.

“Artıq Azərbaycan daha 15 il də gözləyə bilməz. İndi söz hərbindir və bu təhlükə getdikcə yaxınlaşmaqdadır. İşğalçı Ermənistan torpaqlarımızı azad etməzsə Cənubi Qafqazda böyük müharibənin başlayacağı qaçılmazdır”, deyə S.Əbiyev bildirib.

Görüşdə fransalı səfir müdafiə nazirinə ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesini təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar