Azərbaycana necə gəlmək olar? - QƏRAR
25 fevral 2010 19:45 (UTC +04:00)

Azərbaycana necə gəlmək olar? - QƏRAR

Viza alınması üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizə ilə birbaşa Xarici İşlər Nazirliyinə müraciət etdiyi hallar müəyyənləşdirilib

Nazirlər Kabineti viza alınması üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin gəlişin məqsəd və müddətini göstərməklə, ərizə ilə birbaşa Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etdiyi halların müəyyənləşdirilməsi ilə bağlı qərar verib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu hallar aşağıdakılardır:

- Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanlarının və yuxarı dövlət orqanının dəvəti ilə və ya dövlət tərəfindən təşkil edilən beynəlxalq tədbirlərdə iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasına rəsmi nümayəndə heyətinin tərkibində gəldikdə:

- Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin əcnəbilər xüsusi diplomatik missiya ilə Azərbaycan Respublikasına gəldikdə:

- Fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi təqdimatı əsasında Azərbaycan Respublikasına gəldikdə:

- Özünün təcili müalicəsi, yaxud Azərbaycan Respublikasında yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya vəfatı ilə əlaqədar bunu təsdiq edən sənəd əsasında Azərbaycan Respublikasına gəldikdə:

- Ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları olmayan xarici ölkələrdən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş dəvət əsasında gəldikdə:

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və həmin müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsini təmin etmək məqsədi ilə viza verilməsi nəzərdə tutulduğu halda müvafiq təqdimat əsasında Azərbaycan Respublikasına gəldikdə.

Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu hallar barədə xarici ölkələrin müvafiq orqanlarına məlumat versin.

Qərar 2010-cu il aprelin 1-dən qüvvəyə minir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449

Oxşar yazılar