MHP-li başqanın qızı Rüstəmxanlılara gəlin gəlir - EKSKLÜZİV
25 fevral 2010 19:00 (UTC +04:00)

MHP-li başqanın qızı Rüstəmxanlılara gəlin gəlir - EKSKLÜZİV

Azərbaycanın tanınmış siyasi xadimləri Sabir və Tənzilə Rüstəmxanlıların oğlu Cəmil Rüstəmxanlı Türkiyədə nişanlanıb.


T.Rüstəmxanlı Lent.az-a açıqlamasında yeni qohumlarının Türkiyə türkü olduğunu deyib. Rüstəmxanlılar Türkiyədəki Milliyyətçi Hərəkat Partiyasının (MHP) yetkililirərindən birilə qohum olublar. Belə ki, onlar övladına MHP-nin Qadın Qollarının sədri Şenay xanımın qızını alıblar.


Qeyd edək ki, Cəmil Rüstəmxanlı 1987-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Təxminən 2 il müddətində indiki Diasporla İş üzrə Dövlət Komitəsində çalışıb. Hazırda Şimali Kiprdəki Yaxın Doğu Universitetində diplomat ixtisası üzrə ikinci ali təhsil alır. Kiprdə həm də diaspora fəaliyyətilə məşğuldur. O, Kuzey Kıbrıs Türk Cümhuriyyəti Kültür Dərnəyinin sədr müavinidir.


Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin həmsədri, VHP sədri, millət vəkilidir, Tənzilə Rüstəmxanlı isə “Azəri-Türk” Qadınlar Birliyinin sədridir.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1923

Oxşar yazılar