Rotterdamda Xocalı soyqırımı ilə bağlı yürüş keçiriləcək
Aksiya üçün rəsmi icazə alınıb
Xocalı soyqırımının ildönümü ilə bağlı “İrəli” İctimai Birliyinin dəstəyi ilə Avropanın 9 şəhərində aksiyalar və tədbirlər həyata keçiriləcək.
İrəli” İctimai Birliyindən Lent.az-a verilən məlumata görə, tədbirlər Hollandiya, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna, Latviya, Litva və Estoniyada təşkil olunacaq və bununla əlaqədar olaraq “İrəli” İctimai Birliyi hazırlıq işlərini yekunlaşdırmaq üzrədir.
Avropanın ən böyük liman şəhəri olan Hollandiyanın Rotterdam şəhərində də silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Aksiya Fevralın 26-da Rotterdam bələdiyyəsinin önündə baş tutacaq nümayişlə başlayacaq. Bundan sonra 200 nəfəri özündə birləşdirəcək yürüş şəhər mərkəzinə qədər davam edəcək. Növbəti addım kimi Xocalı soyqırımı ilə bağlı daha ətraflı məlumat vermək və Xocalıda ermənilər tərəfindən törədilən ümumbəşəri cinayəti Hollandiya ictimaiyyətinin nəzərinə çatdırmaq məqsədilə beynəlxalq konfrans təşkil olunacaq.
Tədbirlər üçün əvvəlcədən Rotterdam şəhərinin meri və polis şefi ilə danışıqlar aparan Hollandiya – Azərbaycan Həmrəylik Cəmiyyəti tədbirin keçirilməsi üçün rəsmi icazə ala bilib. Hollandiya – Azərbaycan Həmrəylik Cəmiyyətinin və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 300-dən artıq yerli və xarici vətəndaşların iştirakı gözlənilir.

458