İsa Qəmbər: “Bütün sözlərimin arxasında dayanıram”
“Həqiqətlər deyilməlidir”
“Mən indiyə qədər xarici ölkələrin xüsusi xidmət orqanlarına işləyən agentlərlə bağlı mövzuda nə demişəmsə, hamısının arxasında dayanıram. Dediyim və demədiyim sözlərlə bağlı isə kim, hansı şərhləri irəli sürübsə, onları necə dərk edibsə, bu, onların problemidir”.
Bu açıqlamanı APA-ya Müsavat Partiyasının başqanı İsa Qəmbər verib. Onun sözlərinə görə, indiki mərhələdə dediyi sözlərin kifayət qədər təsirli olduğunu düşünür: “Eyni zamanda o da göründü ki, bu mövzu kifayət qədər ağrılı mövzudur. Açığı cəmiyyət də hələ bu mövzuya tam hazır deyil. Onsuz da cəmiyyətin çoxsaylı problemləri var, daha böyük bir təhlükə haqqında məlumatı eşitmək istəmir. Halbuki, təhlükə çox ciddidir. Bu xarici təsir Azərbaycana həddindən artıq böyük təhlükə yaradır. Onlar hakimiyyətdə də çox ciddi mövqelərə malikdirlər. Cəmiyyətdə də güclüdürlər və müxalifətə də kifayət qədər sirayət ediblər. Ona görə də bu təhlükə barədə cəmiyyətə xəbərdarlıq etmək lazımdır və mən də bunu etdim. Hesab edirəm ki, mesaj cəmiyyət tərəfindən alındı”.
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin “İsa Qəmbər xarici ölkələrin nümayəndələri ilə görüşlərdə mənim əleyhimə kampaniya aparır və mənim Rusiyanın agenti olduğumu iddia edir” fikirlərinə münasibət bildirən İ. Qəmbər bu fikirləri əsassız olduğunu vurğulayıb: “Açıqlamalarımdan sonra mənə qarşı “səlib yürüşü”nün başlanacağı barədə fikrimi söyləmişdim. Amma bundan qəti narahat deyiləm. Həqiqətlər deyilməlidir. Həqiqətlərin yaratdığı nəticələrə isə əvvəl-axır hər kəs boyun əyir”.
O, Lalə Şövkətin “İsa Qəmbər mənimlə düşmənçilik aparır” fikrinə belə münasibət bildirib: “Belə bir məşhur ifadə var ki, zəiflər başqa adamlar haqqında, ortalar hadisələr barədə, güclülər isə ideyalar barədə danışır, düşünür və bu istiqamətdə hərəkət edirlər. Mən hamını güclü olmağa dəvət edirəm”.
Müsavat başqanı bildirib ki, bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində real və həqiqi müxalifətin bir araya gəlməsinin zəruri olması barədə öz fikirlərini bildirib və təkliflərini açıqlayıblar: “Bu, bizim yanaşmamızdır. Biz heç kimlə şərtlə danışmırıq və onu da bildiririk ki, Müsavat Partiyası ilə şərtlə, ultimatumla danışmağın bir anlamı yoxdur. Təklifimiz real müxalifətin, Rəsulzadə-Elçibəy yolunda olan qüvvələrin birliyidir. Belə birliyi yaratmağa çalışırıq”.
ALP-nin bu siyahıda olub-olmaması barədə suala cavab olaraq İ.Qəmbər bildirib: “Biz real, səmimi və Rəsulzadə-Elçibəy yolunda olan müxalifətin birliyinin tərəfdarıyıq və bu təklifi açıq şəkildə səsləndirmişik”.

650