BMT 21 Martı Beynəlxalq Novruz Günü elan etdi
APA-nın BMT mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Beynəlxalq Novruz Günü münasibətilə hazırlanan qətnamənin preambula hissəsində bildirilir ki, “yeni gün” mənası verən, martın 21-də, gecə və gündüzün bərabərləşdiyi gün qeyd olunan Novruz bütün dünyada 300 milyon nəfərdən artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.
Bu bayram artıq 3000 min ildir ki, Balkanlarda, Qara dəniz hövzəsi regionunda Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd olunur. BMT, həmçinin Novruz bayramının UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi alqışlayıb.
Qətnamənin mətni Azərbaycanın BMT-dəki nümayəndəsi tərəfindən təqdim olunub. O bəyan edib ki, bu bayram mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanı həvəsləndirməyə istiqamətləndirilib.

615