Milli Məclisin iclası başlayıb
23 fevral 2010 18:15 (UTC +04:00)

Milli Məclisin iclası başlayıb

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası başlayıb. Lent.az-ın məlumatına görə, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Deputat Əhəd Abıyev çıxışında bir neçə gün əvvəl cəbhə xəttindəki atışma zamanı həlak olmuş Azərbaycan Ordusunun əsgəri, Masallı rayon sakini Röyal Fərəcovun yas mərasiminə qatıldığını bildirib. Ə.Abıyev deyib ki, həlak olmuş əsgərin həyat yoldaşı və körpə uşağının yaşayış vəziyyəti çox pisdir. Ə.Abıyev Masallı rayonunda şəhid ailələri üçün yaşayış binası tikildiyinə diqqət çəkərək, Milli Məclis sədri Oqtay Əsədovdan bu ailəyə mənzil verilməsini xahiş edib.

“Müsavat” deputat qrupunun üzvü İltizam Əkbərli isə “Azərsun Holdinq”in İmişlidə yerləşən şəhər zavodunda çalışan 70 işçinin işdən azad olunması məsələsini qaldırıb. O bildirib ki, həmin şəkər zavodunun həyətində əhəng zavodu yaradılıb, bu isə ekologiyaya ciddi ziyan vuraraq, insanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Millət vəkili Musa Urud isə 1948-53-cü illərdə Ermənistan SSR-dən köçürülən azərbaycanlılara repressiya qurbanları statusu verilməsini təklif edib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar