Diplomatik pasportu olan Azərbaycan vətəndaşları Sloveniyaya vizasız gedə biləcəklər
23 fevral 2010 18:00 (UTC +04:00)

Diplomatik pasportu olan Azərbaycan vətəndaşları Sloveniyaya vizasız gedə biləcəklər

Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik vətəndaşlara viza tələbinin ləğv olunması haqqında” saziş müzakirə olunub. Lent.az-ın xəbərinə görə, müzakirələr zamanı saziş layihəsi barədə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib. Səməd Seyidov bildirib ki, iki ölkə arasında saziş 2009-cu il noyabrın 9-da imzalanıb.

Onun sözlərinə görə, Azərbaycanda diplomatik pasporta malik olan vətəndaşlar, adları həmin vətəndaşların pasportlarında qeyd olunan yetkinlik yaşına çatmayan şəxslər digər razılığa gələn dövlətin ərazisinə vizasız daxil ola bilər. O, layihəyə əsasən həmin şəxslərin Sloveniyada 6 ay müddətində qalmaq imkanına da malik olacaqlarını bildirib

Müzakirələrin sonunda saziş təsdiqlənib. Bundan sonra diplomatik pasportu olan Azərbaycan vətəndaşları Sloveniyaya vizasız gedə biləcəklər.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 369

Oxşar yazılar