Oqtay Əsədov İran məsələsinə münasibət bildirdi
23 fevral 2010 16:45 (UTC +04:00)

Oqtay Əsədov İran məsələsinə münasibət bildirdi

Milli Məclisin iclasında spiker Oktay Əsədov millət vəkili Qüdrət Həsənquliyevin İranla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib və onun İran səfəri ilə bağlı sorğularını cavablandırıb.


Lent.az-ın məlumatına görə, o bu cür çıxışları “populist çıxış” adlandırıb.

“İran Azərbaycanla 657 kilometr sərhədi olan ölkədir. Bizim İrana səfərimiz zamanı nümayəndə heyəti İran İslam Respublikasında mövcud olan bütün dövlət strukturları ilə görüşdü. Hər bir strukturda görüş zamanı Dağlıq Qarabağ məsələsi müzakirə olunarkən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsindən, bu münaqişənin həll olunmasında söhbət getdi. Hətta İran dəfələrlə bu məsələdə vasitəçiliyini təklif etdi. Çox təəssüf ki, həm o, həm də bu tərəfdən bu əlaqələrin dövlətçilik nöqteyi-nəzərindən yanaşmayaraq, pisləşməsini istəyənlər var. Mənim mövqeyim odur ki, Azərbaycan regionda olan ölkələrlə bütün əlaqələrini yüksək səviyyədə qurmalıdır”, - deyə o bildirib.

Sonda isə O.Əsədov Q. Həsənquliyevə xitabən “ona görə də bir az səviyyəmizi normal saxlayaq” deyib.

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin spikeri Oqtay Əsədovdan İran səfəri, oradakı görüşlər barədə məlumat verməyi istəyib. Q.Həsənquliyev İranda Azərbaycan bayrağının yandırılması, səfirliyin önündəki digər hərəkətləri pisləyərək bunları “tərbiyəsizlik” adlandırıb. “Axı necə ola bilər ki, Xocalı soyqırımını törətmiş bir dövlətin başçısı ilə ağız-ağıza öpüşən bir prezidentin ölkəsi Azərbaycanın İsraillə münasibətlərinə etiraz etsin?! ”- deyə o bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 419

Oxşar yazılar