Yeni Ombudsmanın təsdiqilə bağlı layihə parlamentdə - YENİLƏNİB
Azərbaycanın yeni Ombudsmanının təsdiq olunması ilə bağlı layihə Milli Məclisə (MM) daxil olub. Bu barədə APA-ya MM-dəki mənbələrdən məlumat verilib.
Qanuna müvafiq olaraq, MM-ə Ombudsman vəzifəsində 3 nəfərin namizədliyinin təqdim olunduğu bildirilir. Namizədlərdən biri hazırkı Ombudsman Elmira Süleymanovadır. Digər namizədin Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov olduğu qeyd edilib. Üçüncü namizəd isə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanovdur.
Qeyd edək ki, məsələnin parlamentin növbəti iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

696